YAP Qaradaq rayon təşkilati imzatoplama kampaniyasını davam etdirir

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Qaradağ rayonunda bu gün də davam etdirilib.

SİA-nın verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna görə, 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Lakin Yeni Azərbaycan Partiyası öz ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırıb.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin seçki qəragahının üzvləri iş bölgüsünə uyğun imzatoplama prosesini davam etdirib, vətəndaşlara şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...