İmzatoplama kampaniyası İmişli rayonunda uğurla aparılır

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin seçki qəragahının üzvləri arasında iş bölgüsü aparıb və görülməsi nəzərdə tutulan digər məslələ bir daha müzakirə olunub. İmzatoplama marafonu üçün YAP İmişli rayon təşkilatının binasında xüsusi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...