YAP Neftçala rayon təşkilatı imzatoplama kampaniyasını başa vurdu

Yeni Azərbaycan Partiyasının (YAP) Neftçala rayon təşkilatı respublikamızda 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkisində vahid namizədləri olan İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün imzatoplama kampaniyasını başa vurublar. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, imzatoplama kampaniyasında YAP Neftçala rayon təşkilatının 14 fəal üzvü iştirak edib. Nəzərdə tutulmuş 700 imza toplanaraq sənədləşdirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...