Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14877 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12907 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1970 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1196 sənəd (383 ərizə, 813 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox təhsil haqqı, müəllimlərin diaqnostik qiymətləndirilməsi, şagirdlərin yerdəyişməsi və ümumi təhsil sahəsinə aid digər məsələləri əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...