ADU-da YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.

ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən ADU YAP ilk ərazi təşkilatının sədri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıb. Sərraf Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır. YAP-ın və onun liderlərinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın sədri prezident İlham Əliyevin həyata keçiridiyi məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur”.

ADU-nun rektoru, akademik Kamal Abdulla Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev tərəfindən necə çətin bir zamanda yaradıldığını və bununla da Azərbaycan tarixində mühüm bir addımın atıldığını vurğulayıb. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən rektor vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...