"Bir əsrin Xəzinəsi Bakı Dövlət Universiteti 100 il" adlı kitab təqdimatı olub

Bu gün Bakı Dövlət Universitetində "Bir əsrin Xəzinəsi Bakı Dövlət Universiteti 100 il" adlı kitabın təqdimatı olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə professor İzzət Rüstəmov, millət vəkili Hadı Rəcəbli, Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə və kitabın yazarı Günel Məlikli çıxış ediblər.

Kitabda müsəlman Şərqinin ilk təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılmışdır. Bakı Dövlət Universitetinin böyük potensialı, inkişaf istiqamətləri, dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi tədqiqatların son texnologiyalarının tətbiqi, məzunları haqqında geniş məlumat verilir.

Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı fikirləri, çıxışları, bu təhsil ocağının yubiley mərhələlərində iştirakları ətraflı göstərilir. Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi kimi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin inkişafı, mühüm məqamları təhlil edilir. Prezident İlham Əliyevin həmin kursu uğurla, yaradıcılıqla davam etdirməsi məsələləri, bilavasitə araşdırılır. Kitab müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Sonda tədbir müzakirələrlə davam edib.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...