Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək

Noyabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, paytaxtdakı 22 nömrəli tam orta məktəbdə (Ünvan: Maştağa qəsəbəsi, Daş karxanası) Sabunçu, Xəzər, Pirallahı rayonları üzrə keçiriləcək səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə