AMEA Folklor İnstitutunun əməkdaşları görkəmli folklorçumuz Bəhlul Bəhcətin əlyazma şəklində olan iki əsərini nəşrə hazırlayıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, elmi əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı və Aynur Hüseynova görkəmli folklorçumuz Bəhlul Bəhcətin əlyazma şəklində olan iki əsərini nəşrə hazırlayıblar.

SİA İnstituta istinadən bildirir ki, Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yerə sahib, keçən əsrin 30-cu illərinin repressiya qurbanlarından olan Bəhlul Bəhcətin müəllifi olduğu əlyazmalardan biri “Bayatı şairi Sarı Aşığın tərcümeyi-halı” adlanır. İkinci əsər isə Azərbaycan etnik mədəniyyət sisteminin tərkib hissələrindən olan bayatılar toplusudur. Burada bayatılar müxtəlif mövzular üzrə toplanıb, tərtib və təsnif edilib. Bu əlyazmalarda, həmçinin Sarı Aşıqla Yaxşının məhəbbət macəraları da xatırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...