UNEC-də Universitetlərarası I kitabxana forumu keçiriləcək

Noyabrın 28-29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzi tərəfindən respublikada ilk dəfə olaraq Universitetlərarası kitabxana forumu keçiriləcək. UNEC-dən SİA-ya bildirilib ki, forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək, “Biliyin carçıları milli kvest” yarışması, görkəmli iqtisadçı alim və ekspertlərlə tələbələrin görüşü təşkil olunacaq. Eyni zamanda, UNEC Kitabxana İnformasiya Mərkəzinə hədiyyə edilən kitabların təqdimatı, seçilmiş nəşriyyatlar tərəfindən endirimli kitab satışı və KİV nümayəndələri üçün mediatur nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə