ADAU-nun tələbə evində Türkiyədən olan tələbələrlə görüş keçirilib

Türkiyə Cümhuriyyətinin şəhərimizdəki konsulunun müavini Ahmet Karakaya Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Türkiyədən olan və bu təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb.

Görüşdə ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edib, təhsil müəssisəsinin tarixi, bu günü və müasir standartlara cavab verən texniki bazası barədə qonağa və tələbələrə ətraflı məlumat verib. Anar Hətəmov qeyd edib ki, ADAU dövlətin xüsusi diqqət mərkəzindədir və biz hər zaman bu qayğını hiss edirik. Sonra konsul müavini Ahmet Karakaya türk tələbələrin Gəncədə oxumağından və bu qədim şəhərdə yaşamağından məmnun olduğunu bildirib, bu cür qarşılıqlı tələbə mübadilələrinin hər iki dövlət arasında təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Bununla yanaşı A.Karakaya tələbələrə uğurlar arzulayıb, onların problemləri ilə maraqlanıb.

Ümumiyyətlə ADAU-da təhsil alan türk tələbələr üçün hər cür şərait yaradılıb, onların problemlərinə həssaslıqla yanaşılır.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...