Peşəkar Təlim və İmtahan Mərkəzi sertifikatların təqdimatını etdi

Bu gün Peşəkar Təlim və İmtahan Mərkəzi “Sertifikatların təqdimatı” adlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbir 2019-cu ilin yekunu olaraq bu il ərzində Kembric imtahanlarında və təlimlərində iştirak edən namizədlərin sertifikatlarının təqdimatı münasibəti ilə keçirilib.

Tədbiri ilk olaraq PTİM direktoru Xalidə İsayeva açıq elan edib. Xalidə xanım mərkəzin indiyə qədərki fəaliyyətində söz açıb, qonaqlara xoş saatlar arzuladı. PTİM-in imtahan koordinatoru Şəhla Quliyeva çıxışında mərkəzin fəaliyyət göstərdiyi 4-il ərzində 500-dən çox şəxsin imtahanının təşkil olunduğunu və imtahanların həm yerli həm də xarici ekspertlər tərəfindən müsbət qarşılandığını bildirib.

Tədbirin irəliləyən dəqiqələri imtahanların əhəmiyyətini göstərən video çarxların təqdimatı və sertifikatların verilməsi ilə yadda qalıb. Tədbirdə ötən il təşkil olunan CELTA təlimi iştirakçıları da mükafatlandırılıb.

Qeyd edək ki, PTİM-in ev sahibliyi tədbirə həm təlim və imtahanlarda iştirak edən müəllimlər və şagirdlər, həm də PTİM-in əməkdaşları qonaq qismində iştirak edirdilər. 4 il bundan öncə fəaliyyətə başlamış PTİM həm Cambridge Assessment English-in Azərbaycandakı yerli nümayəndəsi, həm də İqtisadi İnkişaf Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.

Bu fəaliyyət dövrü ərzində mərkəzin təşkil etdiyi imtahan və təlimlərdə 500-dən çox müəllim və şagird iştirak etmişdir. PTİM ilk fəaliyyətə başladığı gündən müxtəlif mərkəz və liseylərlə əməkdaşlığa imza atmışdır. Mərhəzin ən böyük əməkdaşı Kaspi Təhsil Şirkəti və bu şirkətə məxsus Kaspi Liseyidir. Digər əməkdaşlar sırasına ELC pro, ITAC Zirvə liseyi kimi mərkəzlər daxildir.

Qeyd edək ki, artıq 3 ilə yaxındır ki, adları qeyd edilən mərkəzlər Cambridge Assessment English-in yerli nümayəndəsi olan PTİM-lə olan əməkdaşlıqlarına əsasən Kembiric imtahanlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərirlər.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə