İntellektual oyunun ilk mərhələsinə start verilib

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir.

Xəzər rayonu üzrə IX-XI sinif şagirdləri arasında keçirilən yarışa 23 məktəbdən 115 iştirakçı qatılıb.

İntellektual oyunun nəticələrinə əsasən, 121 nömrəli tam orta məktəbin komandası I, 234 nömrəli tam orta məktəbin komandası II, 322 nömrəli tam orta məktəbin komandası III, 241 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb.

Qalib komandalar diplomla mükafatlandırılıblar.

Yarışda ilk iki yeri tutan komandalar Bakı şəhər mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, reallaşdırılan tədbirlər çərçivəsində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə