Astaranın Şəmətük və Doli kəndlərində yeni məktəb binasının açılışı olub

Bu ilki “Bilik günü” bayramı Astara rayonunun Şəmətük və Doli kənd sakinlərinin yaddaşında həm də yeni məktəb binasının açılışı ilə qalacaq. SİA-nın məlumatına görə, hər iki kəndin sakinləri uzun illər idi ki, yeni məktəbin arzusunda idilər. Dərs ilinin ilk günündə yeni məktəb binasının istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olub. Əvvəlki səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə qısa müddət ərzində Şəmətük kəndində 20 şagird yerlik, Doli kəndində isə 40 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib.

Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edənlər də son illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...