UNEC-də tədris prosesi tam elektronlaşdırılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elektron universitet” modeli vasitəsilə tədris prosesi tam elektronlaşdırılıb. UNEC-dən SİA-ya bildirilib ki, informasiya texnologiyaları sahəsində innovativ texnologiyalar hesab olunan 422 elektron tribuna və 72 smart lövhə mövcuddur.

Sistem daxilində müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Kağız üzərində jurnal elektron jurnalla əvəz edilib. Müəllimlər elektron jurnal bölməsinə daxil olaraq tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və digər qeydlərini elektron şəkildə daxil edə bilirlər.

Qeyd edək ki, UNEC-də 2015/2016-cı tədris ilindən tətbiq olunmağa başlayan “Elektron universitet” modelinin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarəedilməsinin müasir tələblər səviyyəsində qurulmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə