Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!

Avqustun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər iştirak edir. Müsahibə mərhələsinin üçüncü günündə 747 namizədin iştirakı gözlənilir. Bu barədə SİA-ya Təhsil Nazirliyindən bildirilib.

Müsahibə mərhələsinə indiyədək 1 335 namizəd qatılıb. Müsahibələr avqustun 23-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə