Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib

Bu gün saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib. Təhsil Nazirliyindən bildiriblər ki, valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda, prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...