"Qərbi Kaspi Universitetində peşəkar mütəxəssislər hazırlamaq üçün hər cür imkan var"

Çexiyanın Mendel Universitetinin professoru, Meşəçilik fakültəsinin dekan müavini Petr Kupec Qərbi Kaspi Universiteində olub. Keçirilən görüşlərdə iki universitet arasında əməkdaşlqı əlaqələri nəzərdən keçirilib, hər iki universitetdə mövcud olan "Meşəçilik" ixtisasları ilə bağlı əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Qərbi Kaspi Universitetinin laboratoriya və mərkəzləri ilə tanış olan P.Kupec burada praktik məşğələlərin, eləcə də elmi tədqiqatların aparılması üçün şəraiti yüksək qiymətləndirib, peşəkar mütəxəssislər hazırlamaq üçün hər cür imkanın olduğunu bildirib.

Qeyd edək ki, Qərbi Kaspi Universiteti və Mendel Universiteti artıq uzun müddətdir ki, "Erasmus+" proqramı çərçivəsində uğurla əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə