ADU Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Diplomuna layiq görülüb

Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) Fəxri Diplomuna layiq görülüb. ADU-dan SİA-ya verilən məlunata görə, Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov bildirib ki, Azərbaycan Dillər Universiteti son iki ildə qazandığı uğurlara görə bu mükafata layiq görülüb: “Bu mükafat universitetin pedoqoji həyatı, təlimin texniki vasitələrlə təminatı, ictimai iaşə yerlərinin təmizliyi, koridorların təlim istiqamətinə uyğun müxtəlif təlim-tədris plakatları, xəritə, elan və cədvəllərlə təmin olunması, universitetin foyesinin, tədris korpuslarının kitabxanalarla təchiz olunması və digər peşə hazırlığına xidmət edən sahələrin müasir səviyyəsinə görə verilib. Biz ali təhsil məkanında yeganə kollektivik ki, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının ilin ən yaxşı müəssisəsi Fəxri Diplomuna layiq görülmüşük”.

Qeyd edək ki, AHİK bir müddət əvvəl 2018-ci il üçün “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında müsabiqə elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə