“Özün düzəlt” Elm, Mühəndislik, Faydalılıq Festivalı

Hədəf STEM Liseyində “Özün düzəlt” Elm, Mühəndislik, Faydalılıq Festivalı keçirilib. “Xəyallarını əllərin göstərsin” devizi ilə keçirilən festivalda liseyin şagirdlərinin hazırladıqları eksponatlar tədbir iştirakçılarına təqdim edilibb.
Tədbiri giriş sözü ilə Hədəf STEM Liseyinin müdir müavini Cahid Hüseynov açıb.

O, festival barəsində tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış üçün söz Hədəf STEM Liseyinin direktoru f.ü.f.d., dos. Şəmil Sadiqə verilib. Şəmil Sadiq də öz növbəsində “Özün düzəlt” festivalının mahiyyəti və şagirdlərə verdiyi töhfələr barəsində fikirlərini bölüşüb.

Çıxışlardan sonra il ərzində fərqlənən lisey şagirdləri mükafatlandırılıb.

Festival Hədəf STEM Liseyinin şagirdləri tərəfindən hazırlanan elektrik avtomobilinin təqdimatı ilə açıq elan olunub. Festivalda bir-birindən maraqlı onlarla elm-texnologiya sahəsi üzrə eksponatlar tədbir iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə