Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib

İyunun 15-də Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.

SİA xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil, Gənclər və İdman nazirliklərinin məsul işçiləri iştirak ediblər.

Çoxsaylı məzunların qatıldığı tədbir maraqlı konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə