Azərbaycanda məktəblərin mühafizəsinə dair normativlər müəyyənləşdiriləcək

Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyənləşdiriləcək. SİA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlərin müəyyənləşdirilməsi barədə tələb “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə