Müəllim və valideynlər qəbul edilib

Mayın 24-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Bakıdakı 282 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, məktəbə qəbul, təmayülləşmə, müəllimlərin yerdəyişməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...