I və IV ixtisas qrupları üzrə test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində > “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Bütün xəbərlər Facebook səhifəmizdə