Vision Academy ACCA-in Silver statuslu üzvüdür!

Təlim və tədris sahəsində uğurları ilə fərqlənən Vision Academy bu gündən etibarən ACCA Silver Learning Partner (ACCA-in Gümüş statuslu Təhsil Partnyoru) statusuna malikdir. ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) — maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom təqdim edən beynəlxalq təşkilatdır.

Beynəlxalq Təşkilat olan ACCA artıq dünyanın 170-ə yaxın ölkəsində tanınır. ACCA imtahanlarını dünyanın nüfuzlu beynəlxalq şirkətlər tanıyır və işə qəbul zamanı yüksək qiymətləndirir. Universitet təhsili ilə yanaşı ACCA imtahanlarından uğurla keçmək gələcək karyerada həyatında uğur qazanmağa qapı açacaq. ACCA ən yüksək professionallıq, etika və idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır. Silver statuslu LP olaraq Vision Academy biznes mühitinin sağlam inkişafı üçün peşəkarların yetişməsində mühüm rol oyanacaq və qlobal təşkilat olan ACCA ilə daha da sıx əməkdaşlıq edərək yaxın zamanlarda GOLD statusuna da layiq görüləcək. Maliyyə və mühasibatlıq sahəsinə yeni, gənc və dinamik komandamızla canlanma və yeni nəfəs gətirəcəyik.

Bu uğurda inamla addımlayırıq

Bütün xəbərlər Facebook səhifəmizdə