UNEC-in tələbələri könüllülük mədəniyyətinin mahiyyəti barədə məlumatlandırılıb

Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib. UNEC-dən SİA-ya bildirilib ki, tədbiri tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda, ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verib.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təmsil etdiyi qurumda həyata keçirilən yeniliklərdən, gənclərin işlə təmin olunması üçün yaradılan geniş imkanlardan və bu prosesdə UNEC tələbələrinin iştirakının vacibliyindən danışıb.

Daha sonra şöbə müdiri Səyyarə Məmmədova könüllülük şərtlərini izah edib. Bildirib ki, gələcəkdə könüllülər üçün bu istiqamətdə təlimlər də təşkil olunacaq.

Tədbirdə iştirak edən ekologiya, iqtisadiyyat və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr nazirlik tərəfindən təqdim edilən könüllülüyə üzv olma blanklarını doldurublar.

Sonda tələbələrin suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə