"Vision Academy"nin ESL Teacher Workshop tədbiri baş tutdu

20 aprel tarixində Azərbaycanda beynəlxalq TEFL və TESOL akreditasiyalı yeganə mərkəz olan Vision Academy nin təşkilatçılığı ilə “İngilis dilinin müasir tədrisi”adlı interaktiv tədbir keçirilib. Tədbirdə İngilis dilinin tədrisi ilə məşğul olan 30-dan çox müəllim iştirak edib.

Tədbir zamanı iştirakçılara “TEFL və TESOL arasındakı fərq”, “Sinfin idarə olunması” və “Şagirdlərin səhvlərinin düzəldilməsi” haqqında nəzəri və praktiki biliklər aşılanıb. Tədbiri Vision Academy-nin direktoru Könül Bağırova giriş sözü ilə açaraq qonaqları salamlayıb və tədbir haqqında qısa məlumat verib. Daha sonra TEFL və TESOL üzrə layihə rəhbəri Fidan Bağırova təhsil mərkəzində tədris olunan TEFL və TESOL proqramları haqqında geniş məlumat verib.

3 hissədən ibarət olan tədbirin birinci hissəsində Kanadada uzunmüddətli iş təcrübəsinə malik TESOL mütəxəssisi Alidə İsgəndərli “TEFL və TESOL arasındakı fərq: Sənə uyğun proqramı necə tapmalı” təqdimatı ilə çıxış edib. “Proqramlar arasında seçim zamanı ölkənin və müraciət etdiyiniz müəssisənin tələbələrini nəzərə almalısınız. Bəzi ölkələrdə TEFL tələb kimi qoyulsa da , bəzi ali təhsil müəssisələri TESOL və ya CELTA sertifikatı istəyə bilər. Əgər Azərbaycanda tədrislə məşğul olmaq istəyirsinizsə TEFL və TESOL sertifikatı kifayət edə bilər”.

Çıxışı zamanı Alidə xanım qeyd edib.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə