Neftçalada orta məktəbə Milli Qəhrəmanın adı verilib

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib. SİA-nın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...