Lənkəran məktəblilərinin Quba, Qusar və Xaçmaz səfəri

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın Lənkəran rayonundan olan iştirakçıları – ümumtəhsil məktəblərinin 40 nəfər IX-XI sinif şagirdləri və onların müəllimləri martın 15-də səhər saatlarında ölkənin Şimal bölgəsinə yola düşüblər. SİA-nın məlumatına görə, Quba-Qusar istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Şəhər Təhsil Şöbəsinin məsul işçiləri, valideynlər iştirak ediblər.

Yolasalma mərasimində çıxış edən şəhər İcra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, valideynlər dövlətimizin başçısının tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2019-cu il martın 15-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirərək məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Məktəblilər 4 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərlə, tarixi abidələrlə tanış olacaq, həmin rayonların görməli yerlərinə ekskursiya edəcəklər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...