"Heç Sovet dövründə belə qanun olmayıb"

“Ümumi təhsil haqqında” qanun mükəmməl şəkildə hazırlanıb. Müzakirələr zamanı qaldırılan bütün məsələlər öz əksini tapıb və uzun perspektivə hesablanan, ana qanuna uyğun olaraq hazırlanıb”. SİA-nın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanun layihəsində təhsillə bağlı bütün narazıçılıqların aradan qaldırıldığını deyən deputat söyləyib ki, layihə dünya təcrübəsinə uyğun şəkildə hazırlanıb: “Heç sovet dövründə də belə qanun olmayıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə