UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul

Vergilər Nazirliyinin insan resursları departamenti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq magistratura və doktorantura mərkəzində təhsil alan magistrlər üçün karyera günü keçirilib. UNEC-dən SİA-ya bildirilib ki, görüşdə nazirliyin insan resursları departamentinin təhsil və inkişaf şöbəsinin rəhbəri İlkin Rəhimov və vergi ödəyicilərinə xidmət departamentinin xidmətlərin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyev vergi orqanlarına işə qəbul prosesi barədə ətraflı məlumat veriblər. Həmçinin bu istiqamətdə karyera qurmaq üçün lazımi bilik və bacarıqlar, imtahanların təşkili qaydaları, özünütəkmilləşdirmə yolları, sistemli çalışma metodları barədə təcrübələrini paylaşıblar.

Görüş iştirakçıları vergi qanunvericiliyi, təyinatlar, ehtiyat kadrlarla iş və digər maraq doğuran məsələlər barədə məlumatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə