Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən SİA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 5 nəfər;
BA2 altqrupu üzrə – 14 nəfər;
BA3 altqrupu üzrə – 36 nəfər;
BA4 altqrupu üzrə – 86 nəfər;
BB1 altqrupu üzrə – 171 nəfər;
BB2 altqrupu üzrə – 178 nəfər;
BB4 altqrupu üzrə – 240 nəfər olmaqla, ümumilikdə 949 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 18-dən martın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası fevralın 18-20-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“X” sosial şəbəkəsindəki yazılar ödənişli olacaq
Texnologiya 23:36Yananın əri onun gözü qabağında döyülüb...
Şou-Biznes 23:16"Mən buna hazır idim..."
İdman 23:07Lunin "Real"ın təklifini rədd edib...
İdman 22:23Dioqo Jota 2 həftə yaşıl meydandan kənar qalacaq
İdman 22:16“İlan vuranın ala çatıdan qorxar” məsəli..?
Dünya 22:05İmişlidə “Mercedes” marketə çırpılıb...
Hadisə 21:06"Çempionluq bizim əsas məqsədimizdir"
İdman 20:25“Bi-2” rok qrupu üzvləri Moldova vətəndaşlığı istəyiblər
Şou-Biznes 20:04“Sonda güclü olan qalib gəldi” - Aynur İmanova
İdman 19:45Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib
İqtisadiyyat 19:39Ceyhun Bayramov Çexiyada rəsmi səfərdədir...
Siyasət 19:05Zamanla dəyişən qlobal problemlər hansılardır?
Dünya 18:34Avropada ekstremal istilik stresi
Sosial 18:16“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTOLAR
İqtisadiyyat 17:35“Azərreyl” üstünlüyü yenidən ələ alıb
İdman 17:23Haylar tərəfindən edilən NÖVBƏTİ OYUNBAZLIQ - TƏHLİL
Siyasət 17:07“Abşeron” hesabı bərabərləşdirib
İdman 16:59Sumqayıtda yaşayış binasında yanğın olub
Hadisə 16:50FHN Akademiyasında beynəlxalq seminar keçirilib - FOTO
Siyasət 16:49Yeni regional reallıq
Siyasət 16:08Dövlət büdcəsindən ehtiyat fondlara ayırmalar 91 % artıb
İqtisadiyyat 16:01U-17 millisi Belarusdakı turnirə qatılacaq
İdman 15:58“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
Texnologiya 15:52Məşhur reper öldürüldü
Dünya 15:47COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
Siyasət 15:44Masallıda hesabat-seçki yığıncağı keçirilib
Sosial 15:39Ağdamda əmək yarmarkası keçiriləcək
Sosial 15:29Azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb
İqtisadiyyat 15:17Rusiyanın geosiyasi tərəfdaşı - Azərbaycan - ANALİTİK
Siyasət 14:53Günəş elektrik stansiyası üzrə ilk hərrac elanı
İqtisadiyyat 14:51Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8109 -0,12%
- GBP 2,0991 -0,31%
- RUB 0,0182 0,00%