"Sərəncamlar tələbələrimizə böyük qayğının nümunəsidir" AÇIQLAMA-ÖZƏL

“Bu gün ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb. Təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Təhsil sahəsində həyata keçirilən islahatlarda təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, bütün bunlar gənclərimizin gələcəyi üçün çox önəmli addımlardır.

Ş.İsmayılov vurğulayıb ki, ölkə Prezidentinin tələbələrin təqaüdünün artırılması haqqında imzaladığı sərəncamlar tələbə gənclərimizə böyük qayğının nümunəsidir: “Bu qayğı tələbələr arasında rəqabət yaratmaqla yanaşı, ümumiyyətlə ölkədə elm və təhsilin inkişafına mühüm töhfələrini verəcək. Tələbələr yüksək nəticələr göstərməyə, tələbə olmayanlar isə bu adı qazanmağa çalışacaqlar”.

Deputat söyləyib ki, Azərbaycan gəncliyi onlara göstərilən qayğı nəticəsində öz bilik və bacarıqlarını daha da artırmalı, ölkəmizin inkişafı prosesinə öz töhfələrini verməlidirlər ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə