ATMU ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub

Fevralın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib. Universitetdən SİA-ya bildirilib ki, görüşdə ATMU ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Rektor İ.Mədətov universitetin fəaliyyət istiqamətləri, hədəfləri, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib.

Qonaqlar Amerika Ticarət Palatasının ölkəmizdəki fəaliyyəti, həyata keçirdiyi müxtəlif yerli və beynəlxalq layihələrdən söz açıb, icrası planlaşdırılan işlərdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə