Dərs günlərinin təxirə salınması tətil günlərindən çıxılmayacaq RƏSMİ

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. SİA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində dərslər və tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və 31-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə