AzTU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin İctimai Nəzarət Şurasının üzvləri, valideynlər, KİV nümayəndələri qış semestrinin imtahan sessiyasının gedişini izləyiblər. SİA-nın verdiyi məlumata görə, Universitetin rektor əvəzi, professor Xaliq Yahudov bildirib ki, imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Qış imtahan sessiyasında 8 min 519 tələbə iştirak edir. İmtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və apellyasiya komissiyası yaradılıb.

AzTU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə tələbələrə öz biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə