Turizm və Menecment Universitetində qış imtahan sessiyası başlanıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlanıb. ATMU-dan SİA-ya bildiriblər ki, rektor İlham Mədətov universitetin kollektivi ilə görüşdə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını söyləyib. Rektor ali təhsil müəssisəsində imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən araşdırılması məqsədilə qərargah, onun nəzdində “Qaynar xətt”in yaradıldığını diqqətə çatdırıb.

ATMU-da 1688 bakalavr və magistrantın iştirak etdiyi imtahanlar fevralın 2-dək davam edəcək. Dekanlıqlar tərəfindən fənn və qruplara görə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib. Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərəcək. Həmçinin valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...