Azərbaycan tələbələrinin II qurultayı keçiriləcək

Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qurultayın keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.

Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə