Qrant layihə çərçivəsində tədbir

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon Polis İdarəsinin, YAP Yasamal Rayon Təşkilatı Qadınlar Şurasının, Azərbaycan Tibb Universitetinin, Təlimə Dəstək Mərkəzinin,Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, məktəb direktorları, müəllim, şagird, valideyn və psixoloqlar iştirak edib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, BŞTİ-nin tabeliyindəki 18 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirakçıları salamlayan direktor Rəna Süleymanova “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib layihələrdən olduğunu bildirib. Çıxışı zamanı direktor layihə çərçivəsində bu sahədə görülən məqsədyönlü işlərdən danışıb.

Tədbirdə çıxış edənlər layihənin məqsədi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, uşaqların cinsi aspektdə yaş psixologiyaları və fiziologiyalarına uyğun maarifləndirilməsi, bu sahədə məlumatsızlığın yaratdığı problemlərin aradan qaldırılması, cinsi tərbiyənin verilməsində valideyn, müəllim və məktəb psixoloqlarının fəaliyyətinin əlaqələndirilməsi əsas məqsədlərdən ibarətdir.

Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalarla çıxış edib, şeirlər söyləyib, mahnılar oxuyublar.

Layihə çərçivəsində həyata keçirilən təlimlərdən, aparılan tədqiqat işlərindən, əməkdaşlıq edilən məktəblərdə baş tutan tədbirlərdən bəhs edən hesabat xarakterli videoçarx nümayiş olunub.

Tədbir məktəblilərin hazırladığı fləşmob ilə başa çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə