Fizika-Riyaziyyat müəllimlərinin Forumu keçirilib

Qərbi Kaspi Universitetində orta məktəb müəllimlərinin iştirakı ilə Fizika-Riyaziyyat müəllimlərinin Forumu keçirilib. SİA-nın verdiyi məlumata görə, Forumda Qərbi Kaspi Universitetinin müəllimləri - fizika üzrə fəlsəfə doktoru Svetlana Quliyeva “Xətti tənliklər sisteminin həll metodları”, riyaziyyat üzrə fəlsəfə doktoru Firanə Məmmədova “Riyazi məntiq məsələlərinin yeni metodlarla həlli”, astrofizika üzrə fəlsəfə doktoru Günel Bahəddinova “Günəş sistemi planetlərində aşkarlanan son yeniliklər” mövzularında məruzlərlə çıxış ediblər.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarət olub

Bütün xəbərlər Facebook səhifəmizdə