"Müəllimlərin XV Qurultayı öz işi ilə tarixdə qala biləcək" RƏY-ÖZƏL

“Müəllimlərin XI Qurultayı yüksək səviyyədə təşkil olunmaqla yanaşı, təhsil sahəsi ilə bağlı qarşıda duran prioritetlərin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb etdi”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib

O bildirib ki, təhsil nazirinin proqram xarakterli çıxışı, 5 il müddətində görülən işlərin hesabatı ilə yanaşı, gələcəyə hədəflənən məsələlərin açıqlanması hər kəsin diqqətini çəkmiş oldu: “Qurultayda Baş nazirin müavini eləcə də digərlərinin təhsillə bağlı problemləri dilə gətirməsi, bu istiqamətdə atılmalı olacaq, görüləcək işlərin açıqlanması düşünürəm ki, hər birimiz üçün çox vacib və mühüm idi”.

Ekspertin sözlərinə görə, qurultay bir daha dövlətin təhsil sisteminin inkişafında böyük marağı olduğunu ortaya qoymuş oldu: “Natiqlərin çıxışından da məlum oldu ki, bu sahəyə diqqət həm maliyyə, həmdə qanunvericilik baxımında daha da artırılacaq: “Qurultayda mühüm məqamlardan biri panellər zamanı edilən müzakirələr idi. Orada təhsillə bağlı problemlərin qabardılması, vacib məsələlərin vurğulanması effektli oldu. Burada ali təhsilin, təhsilin məzmunu, orta ümumtəhsil müəssisələrinin idarə olunması ətrafında gedən fikir mübadiləsi təkcə bu sahədə çalışanlar üçün deyil, hər kəsin marağını cəlb etdi”.

E. Əliyev söyləyib ki, bütövlükdə qurultay öz işi ilə tarixdə qala biləcək: “ Orada təqdim olunan materialların kitabça şəklində dərc olunacağı gözlənilir ki, bunun özü də tarix üçün çox əhəmiyyətli material olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə