Təhsil Nazirliyi alternativ mexanizmlər hazırlayır

"Kifayət qədər çox sayda Azərbaycan alimləri xarici ali məktəblərdə elmi- pedaqoji fəaliyyət ilə məşğul olurlar. Ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan mütəxəssislərinin cəlb olunması üçün işlər görüləcək". SİA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Təhsil kreditləri ilə bağlı sualı cavablandıran nazir söyləyib ki, bir necə il aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir: "Amma Maarifçi Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil. Bu məsələ bir neçə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürk. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Biz bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə