Nazirdən məktəb direktorunun döyülməsi faktına MÜNASİBƏT

"Düşünürəm ki, bu hal Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır. Biz hər zaman məktəb direktoruna, müəllimə böyük rəğbət görmüşük". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov 170 saylı məktəbin direktorunun aktyor Rza Rzayev tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, müəllimə münasibət 10 illiklər üzrə formalaşıb və bunun çox dərin mənası var: "Müəllimə, məktəb direktoruna qarşı fiziki gücün göstərilməsi qəbuledilməz faktdır. Biz bu məqamla bağlı nəticəni gözləməliyik. Biz bilirik ki, hüquq mühafizə orqanları bununla məşğul olur. Məsələyə hüquqi qiymət veriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə