Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə verilən payız tətili başa çatıb. SİA-nın xəbərinə görə, tətil noyabrın 16-dan 21-dək davam edib. Tədris ilinin 5 günlük qış tətili gələn ilin yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssiələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə