“UNEC-də bir gün” layihəsi davam etdirilir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir. UNEC-dən SİA-ya bildirilib ki, layihənin növbəti iştirakçıları Suraxanı rayonu N.Həmidov adına 208 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olub. Onlara UNEC-də tədris edilən ixtisaslar, xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilmiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib.

Sonra birgünlük tələbələr “marketinq” fənnini dinləyiblər. Onlar üçün UNEC-də infotur da təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə