UNEC alimlərinin tədqiqatı dünyanın nüfuzlu dərgisində çap olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin elmi məqaləsi Qlobal Enerji Geosiyasətinin İqtisadi Dinamikası (Economic Dynamics of Global Energy Geopolitics) adlı elmi araşdırmalar məcmuəsində dərc olunub. Universitetdən SİA-ya bildirilib ki, dünyanın nüfuzlu “IGI Global” nəşriyyat evində çap olunan elmi məcmuədə UNEC-in alimləri ilə yanaşı, ABŞ, Türkiyə, Portuqaliya, Mərakeş, Şimali Kipr, İran və Qazaxıstan universitetlərinin tədqiqatçılarının məqalələri də yer alıb.

Məqalənin müəllifləri UNEC-in SABAH mərkəzinin rəhbəri, rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları kafedrasının dosenti Aida Quliyeva və kafedranın müəllimi Ülviyyə Rzayevadır. UNEC-in alimləri tərəfindən elmi məcmuədə “Qlobal dəyişikliklərin asimmetriyası: İnkişaf etməkdə olan ölkələrin asimmetrik vəziyyətləri” adlı fəsil təqdim olunub. Tədqiqatın məqsədi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında geosiyasət maraqlarının asimmetriyasıdir. Müəlliflər tədqiqatlarında qlobal böhran kontekstində dedollarlaşma məsələsini siyasi və iqtisadi baxımdan araşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...