“UNEC-də bir gün” layihəsinə yenidən start verilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və biznesin idarə edilməsi (MBA)

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi abituriyentləri, eləcə də magistr və MBA təhsili almaq istəyənləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində onlara məsləhət vermək, fənlərdə dinləyici qismində iştirak etmələrinə şərait yaratmaqdır.

Ötən tədris ilində “UNEC-də bir gün” layihəsində şəhər və region məktəblərindən 2 minədək şagird iştirak edib. Layihədən faydalanan şagirdlərin böyük əksəriyyəti artıq UNEC tələbəsi adını qazanıb.

UNEC ölkədə dörd dildə (Azərbaycan, ingilis, rus və türk) magistr və bakalavr pilləsi üzrə təhsili verən, eyni zamanda, xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada I, II, IV və V ixtisas qrupları üzrə 21 ixtisasda bakalavr təhsili həyata keçirilir. Dünyanın nüfuzlu ali təhsil müəssisələri olan London Universiteti/London İqtisadiyyat Məktəbi, ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpelyer Universiteti ilə ikili diplom proqramları aparılır.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə magistr hazırlığı həyata keçirilir. BMDM-də ABŞ, İsveçrə, İtaliya, Litva və Turkiyə universitetləri ilə ikili diplom proqramları reallaşdırlır. Eyni zamanda, UNEC-in Magistratura Mərkəzində 9 texniki və texnoloji ixtisas üzrə 23 ixtisaslaşmada magistr təhsili aparılır.

MBA proqramı üzrə təhsil isə UNEC Biznes Məktəbində həyata keçirilir. Burada 14 ixtisas üzrə kadr hazırlığı ilə yanaşı, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə ikili dərəcə proqramı reallaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...