Özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb

Son 15 ildə Azərbaycanda özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb. SİA-nın məlumatına görə, 2002-2003-cü tədris ilində qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 3373 şagird təhsil aldığı halda, 2017-2018-ci tədris ilində onların sayı 10928-ə yüksəlib.

2002-2003-cü tədris ilində ölkədə 9 özəl ümumi təhsil müəssisəsi olsa da, 2017-2018-ci tədris ilində bu say 28-ə çatıb. Özəl orta məktəblərdə oxuyan şagirdlərin 96,5 faizi 1 növbəli, 3,5 faizi iki və ya üç növbəli oxuyur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə