Xarici dil fənni üzrə nümunə audio materiallar

Məlum olduğu kimi 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqları da yoxlanılacaq. Dövlət İmtahan MərkəzindənSİA-ya verilən məlumata görə, xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində "Dinləyib-anlama" məzmun xətti üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur.

Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq.

Aşağıda nümunə audio materiallar təqdim olunur. Mətni kompüterinizə yükləmək üçün “mausun” sol düyməsini sizə lazım olan fənnin üzərində sıxmağınız kifayətdir.

Qeyd edək ki, 10 gün müddətində dərc ediləcək "Abituriyent" jurnalının xüsusi buraxılışında burada yerləşdirilən audio mətnlərə aid tapşırıqlarla tanış ola biləcəksiniz.

DİNLƏMƏ MƏTNLƏRİ

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə (Azərbaycan bölməsi)

İngilis dili

Alman dili

Fransız dili

Rus dili

Ərəb dili

Fars dili

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə (rus bölməsi)

İngilis dili

Alman dili

Fransız dili

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə (Azərbaycan bölməsi)

İngilis dili

Alman dili

Fransız dili

Rus dili

Ərəb dili

Fars dili

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə (rus bölməsi)

İngilis dili

Alman dili

Fransız dili

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə