UNEC-in stendi qonaqların xüsusi marağına səbəb olub

“Education 2018”- XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. SİA xəbər verir ki, ekspozisiyada UNEC-in mübadilə proqramları, universitetdə təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri, UDİD və digər faydalı məlumatlar əks olunub.

Ziyarətçilər stenddə texnologiya və dizayn fakültəsi tələbələrinin fəaliyyətini əyani şəkildə izləyiblər. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatını, nimçələrə ornamental naxışların verilməsinı, akril boyalarla rəsm çəkilişi işlərini yerinə yetiriblər. UNEC-in stendində, həmçinin dekorativ incəsənət nümunələri, molbert üzərində tələbələrin əl işləri, dekorativ natürmort, qrafik dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb olub.

Gün ərzində UNEC-in stendinə yaxınlaşan ziyarətçilərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə