Qərbi Kaspi Universitetinin magistrlarının İsveçrədə məzun günü – ONLAR İKİ DİPLOM ALIRLAR

Qərbi Kaspi Universitetinin İsveçrənin Biznes və Beynəlxalq Tətqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən MBA proqramı üzrə ikili diplom layihəsinin ilk magistr məzunları diplomlarını alıblar.

Cenevedə keçirilən təntənəli məzun günündə magistrlarımıza UBİS universitetinin diplomları təqdim olunub.

Məlumat üçün bildirək ki, 2016-cı ildən etibarən Qərbi Kaspi Universiteti İsveçrənin UBIS Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində MBA proqramı üzrə ikili diplom layihəsini həyata keçirir. Layihə çərçivəsində dərslər hər iki universitetin mütəxəssisləri tərəfindən aparılır, 2 illik təhsilin yekununda tələbələr hər iki universitetin diplomunu əldə edirlər. Layihə çərçivəsində tələbələr, həmçinin, İsveçrədə qısamüddətli yay məktəbində, təcrübə proqramında iştirak etmək imkanını əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə